📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ səfiri istefa verdi

2026-10-15 18:48:29

ABŞ səfiri istefa verdi

ABŞ-ın Yunanıstandakı səfiri Kimberli Qilfoyl barəsində səsləndirilən korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarından sonra rəsmən istefa verib.

Ağ Evin tələbi və Prezident Donald Trampın tapşırığı ilə vəzifəsindən ayrılan diplomat təzyiqlərə davam gətirə bilməyib.

ABŞ mətbuatında yayılan məlumatlara görə, Qilfoyl sponsorlardan qanunsuz hədiyyələr almaqda, şəxsi səfərlər üçün iş adamlarının özəl təyyarələrindən istifadə etməkdə və müəyyən ödənişlər qarşılığında Vaşinqtondakı rəsmi şəxslərlə əlaqə yaratmağı təklif etməkdə ittiham olunur. 

Səfir öz növbəsində iddiaları rədd edərək, reputasiyasını qorumaq üçün hüquqi müstəvidə mübarizə aparacağını bildirib./yenisabah/