📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ səfirliyi İrəvandakı görüşlərə dair məlumat yaydı

2023-04-19 15:44:00

ABŞ səfirliyi İrəvandakı görüşlərə dair məlumat yaydı

Ermənistan rəsmiləri ilə görüşlərdə Ermənistan və Azərbaycan arasında gərginliyin azaldılmasında, uzunmüddətli və hərtərəfli sülhün əldə edilməsində ABŞ-ın kömək etməyə hazır olduğunu vurğulanıb.

Hurriyyet.az xəbər verir ki, bu ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunur.

Məlumatda ABŞ dövlət katibi köməkçisinin müavini Erika Olsonun görüşdüyü Ermənistan rəsmilərinin adları sadalanır. O cümlədən baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, nizamlanma üzrə xüsusi nümayəndə Ruben Rubinyan.

"Olson, həmçinin, güclü erməni-amerikan ikitərəfli əlaqələrini qeyd edib", - deyə səfirlik vurğulayıb.

yenisabah.az