ABŞ səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım etdi - FOTO
2026-02-26 10:40:05
"Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq".
Hurriyyet.org xəbər verir ki, bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" hesabındakı paylaşımda qeyd olunub.
"ABŞ Səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq", - səfirlikdən bildirilib.