📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ səfirliyindən Ermənistan xəbərdarlığı: "Toqquşma və iğtişaş təhlükəsi var"

2022-11-04 21:15:00

ABŞ səfirliyindən Ermənistan xəbərdarlığı:

ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarına müxalifət hərəkatının paytaxt İrəvanda noyabrın 5-də keçirəcəyi mitinqdə iştirak etməmək barədə xəbərdarlıq edib.

Bu barədə "Sputnik Armenia"ya yazıb.

Məlumata görə, xəbərdarlığa səbəb toqquşma və iğtişaşlar təhlükəsidir.

Səfirlik bildirir ki, nümayişlər gözlənilməz ola bilər.

"Hətta dinc xarakter daşıyan nümayişlər qarşıdurmaya və zorakı hərəkətlərə çevrilə bilər. Ərazidən qaçın, yeniliklər barədə yerli medianı yoxlayın, izdihamdan və nümayişlərdən qaçın. Dostlarınızı və ailənizi xəbərdar edin”, - diplomatik nümayəndəlikdən bildiriblər.

Xatırladaq ki, noyabrın 5-də müxalifət Fransa meydanında mitinq keçirəcək.\\Bakupost.az