ABŞ Senatı İranın bombalanmasına qarşı çıxdı
2026-01-12 10:57:31
Hurriyyet.az xəbər verir ki, Kentukki ştatından olan respublikaçı senator Rend Pol Ağ Evi İrana qarşı hərbi əməliyyatlara qarşı xəbərdar edib. Onun sözləri Reuters agentliyi tərəfindən yayılıb.
"İranın bombalanmasının istənilən nəticəni verəcəyinə əmin deyiləm", - konqresmen bildirib.
Virciniya ştatından olan Demokrat senator və Senatın Kəşfiyyat Komitəsinin sədr müavini senator Mark Uorner də bununla razılaşıb. O, İrana hərbi hücumun rejimi sarsıtmaq əvəzinə, xalqı xarici düşmənə qarşı birləşdirə biləcəyinə inanır.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp İran hökumətinin ölkədəki etirazları yatırmaq cəhdində qırmızı xətləri keçdiyini bildirmişdi.
Hurriyyet.az