📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Şərqi Avropaya nəzarəti Almaniyaya təhvil verir?

2021-09-07 13:13:00

ABŞ Şərqi Avropaya nəzarəti Almaniyaya təhvil verir?

Almaniya və ABŞ-ın Ukraynaya dəstəyinə dair birgə bəyanatında deyilir ki, "Ukrayna üzərindən qaz tranzitini 2024-cü ildən sonra davam etdirmək Ukrayna və Avropanın maraqlarına uyğundur. Bu nəzər-nöqtəsi ilə uyğunluq baxımından Almaniya Ukrayna ilə Rusiya arasında qaz tranziti ilə bağlı müqavilənin 10 ilə qədər uzadılmasını təmin etmək üçün əlində olan bütün rıçaqlardan istifadə etməyi öhdəsinə götürür". Bundan başqa, Berlin və Vaşinqton Rusiya ilə qarşılıqlı əlaqə məsələlərində əməkdaşlıq etmək niyyətindədir. Almaniya Ukrayna üçün "yaşıl fond" yaradacağını və enerji islahatına kömək edəcəyini vəd edir. Qiyabi olaraq Polşa, Ukraynadan Avropaya qaz nəql edən ölkə olaraq Almaniyanın təsir dairəsinə düşür. Belə təəssürat yaranır ki, bu taktika Ukrayna və Polşanın Berlinin maraqlarına tabe olması hesabına Almaniyanın geosiyasi mövqelərinin güclənməsinə səbəb olacaq. 

Berlin həmişə şərqdəki slavyan torpaqları hesabına "yaşayış sahəsini" genişləndirməkdə maraqlı olub və indi dünyada siyasi çəkisini artırmaqla AB-nin yeganə lideri olmaq arzusundadır. Polşa və Ukraynaya sahib olmaqla Almaniya həm birinci, həm də ikinci vəzifələri həyata keçirməyə cəhd edə bilər. Bəs bunun üçün ABŞ-a ehtiyacı varmı?

1. "Ukrayna"nın anti-Rusiya əleyhinə layihəyə yaxud Rusiyanın ayağına badalaq vurmaq üçün bufer zonaya çevrilməsi formatı daha dolğun şəkil aldı. Əlbəttə bunda həm AB, həm Vaşinqtonun kifayət qədər rolu oldu və onu tamamlamaq üçün çox çalışmağa ehtiyac yoxdur. Almanları final mərhələsinə cəlb etməklə Vaşinqton “yükünü yüngülləşdirir”. İndi Ağ Evin əsas vəzifəsi Mərkəzi Asiya-Əfqanıstan bölgəsində nəzarət olunan  xaos zonası yaratmaqdır. Həm də məsələ təkcə Əfqanıstanla bağlı deyil.

2. Ağ Ev Rusiya-Almaniya münasibətlərinin pisləşməsində maraqlıdır və bu, Almaniyanın Ukrayna planlarının həyata keçiriləcəyi təqdirdə ola bilər. Bunun nəticəsi Berlinin Vaşinqtona sadiqliyini gücləndirməklə Amerika üçün də faydalı olacaq.

3. Amerikalılar AB-də vahid liderin ortaya çıxmasının qarşısını almağa çalışırlar. Fransanın prezidenti Makron AB liderliyinə iddia edərək son vaxtlar bu rol üçün davamlı olaraq təkliflər verir, cəhdlər göstərir. AB-yə nəzarəti “parçala və hökm sür” prinsipi ilə reallaşdırmaq ABŞ siyasəti üçün yeni düstur deyil. Bu gün Fransanı bir az cilovlamaq üçün Almaniyaya “stavka etmək” etmək sərfəlidir, sabah isə əksinə. Bununla belə, Almaniya üçün də Ukraynaya "nəzarət" sadə iş deyil, əksinə Berlin burada “əlləşməli” olacaq. Buna görə də xaricdən “xeyirxah müdaxilə” göstərən ABŞ, alman ortağının əllərini bağlayır-Ukrayna ilə uğraşmaq həmişə asan olmur. Bundan əlavə, onusuz da “buludlu” Almaniya-Polşa münasibətləri, daha da tutqunlaşacaq. Varşava adəti üzrə Vaşinqtona müraciət edəcək və Ağ Ev dərhal Polşa ilə Almaniya arasında hakim rolunu oynayacaq.

Beləliklə, Berlin-Vaşinqton razılaşması ABŞ-ın Avropadan qaçması deyil, əksinə mükəmməl şəkildə düşünülmüş taktiki hesablamadır. Vaşinqton Mərkəzi Asiyada əlini açır, Ukraynadakı "gündəlik işləri" Almaniyaya tapşırır, Almaniya-Rusiya, Alman-Polşa, həm də Alman-Fransa münasibətlərini qəlizləşdirir. Eyni zamanda Almaniya və Polşa, hətta Fransa üçün tərəfdaş qismində özünü daha cazibədar ortaq halına gətirir. ABŞ Şərqi Avropanı Almaniyaya təhvil vermədi, əslində "Şərqi Avropa iqtisadiyyatının" məsuliyyətini “Alman Gauleiter”inə verdi. “Gauleiter”, yalnız “Fürer”ə tabe olan ikinci ən yüksək hərbi rütbə idi.

Əsl sahib yenə də eynidir və Berlində deyil, Vaşinqtonda oturur.

Ülviyyə Şükürova