ABŞ Şimali Koreyaya ikinci dəfə eyni təklifi “eşitdirdi” – Kim Çenin bacısı rədd cavabı vermişdi
2023-07-18 15:18:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, ABŞ XİN-in adı açıqlanmayan əməkdaşlarından biri “Yonhap” agentliyinə açıqlamasında Birləşmiş Ştatların Koreya yarımadasıındakı gərginliyi azaltmaq üçün Şimali Koreya ilə ilkin şərtlər olmadan danışıqlara başlamağa hazır olduğunu bildirib.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan da bu günlərdə televiziyaya açıqlamasında nüvə proqramları ilə bağl ABŞ-ın Şimali Koreya ilə ilkin şərt qoyulmadan danışıqlar aparmağa hazır olduğun bəyan eləmişdi.
Kim Çenin bacısı Kim Yo Çen ABŞ-ın dialoq təklifini “aldatmaq məqsədi ilə ölkənin inkişafının qarşısını almaq cəhdi” adlandırmış, danışıqlara başlamaq təklifini rədd eləmişdi.
Hürr Tərcüman