ABŞ Suriyada əməliyyat keçirdi!
2023-04-04 13:52:00
Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, ABŞ-ın Suriyada həyata keçirdiyi əməliyyat nəticəsində aprelin 3-də İŞİD terror təşkilatının liderlərindən biri olan Xalid Aydd Əhməd Əl Cəburi öldürülüb. Bu məlumatı ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) bəyan edib. Açıqlamada əməliyyat zamanı mülki vətəndaşların zərər çəkmədiyi deyilir.
BMT-nin fevral ayında dərc elədiyi hesabata görə, Suriya ilə İraqda İŞİD-in 5-6 min nəfər üzvü və ya tərəfdarı var və onların təxminən yarısı silahlıdır.
Hürr Tərcüman