ABŞ Suriyadakı bazalara 100 maşın yük göndərib
2023-01-09 15:44:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, ABŞ ordusu Suriyada PKK/YPG terror təşkilatının işğalı altında olan Haseke rayonunda yerləşən bazalara və hərbi məntəqələrə son 3 gün ərzində (6-8 yanvar tarixlərində) İraq torpaqlarından 100-ə yaxın maşından ibarət hərbi və logistik karvanlar göndərib. Karvanların yükü zirehli texnika, benzin tankerləri (Suriya hökumətinin iddiasına görə, ABŞ özü həmin marşrutla Suriyadan neft və buğda çıxarır) və çox sayda silah-sursat olub.
Hürr Tərcüman