ABŞ Suriyanın YPG/PKK terrorçularının nəzarətində olan rayonlarına karvan-karvan silah-sursat göndərir
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ Suriyanın şimalında YPG/PKK terrorçularının nəzarətində olan rayonlara silah tədarükünə davam edir.
Birləşmiş Ştatlar Suriyanın zəngin neft yataqlarının yerləşdiyi Haseka və Deyr-əz-Zor əyalətlərindəki hərbi bazalarının gücünü artırır.
“Anadolu Agentliyi” yerli mənbələrə istinadla xəbər verir ki, Haseka vilayətindəki Rümeylan rayonunda yerləşən Amerika bazasına on yük maşınından ibarət silah-sursat karvanı daxil olub.
150 nəqliyyat vasitəsindən (o cümlədən 30 zirehli maşından və benzindaşıyanlardan) ibarət iki karvan da ABŞ-ın dəstəklədiyi YPG terrorçularının nəzarətindəki rayonlara çatıb.
Maraqlıdır ki, İranın İraqın Ərbil şəhərindəki bazaları raket atəşinə tutmasından sonra Amerika qüvvələri Suriyaya hərbi tədarükü artırmağa başlayıblar.
Hürr Tərcüman