📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ təhlükəsizlik sahəsində Ermənistanla əlaqələrini möhkəmləndirmək niyyətindədir

2024-06-11 12:11:26

ABŞ təhlükəsizlik sahəsində Ermənistanla əlaqələrini möhkəmləndirmək niyyətindədir

Hurriyyet.az xəbər verir ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen İrəvandakı çıxışı zamanı Birləşmiş Ştatların təhlükəsizlik sahəsində Ermənistanla münasibətləri möhkəmləndirməyə hazır olduğunu bildirib.
Ermənistan XİN-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen arasında görüş keçirilib. Görüş Ermənistan ilə ABŞ arasında Strateji Dialoqun yekun iclasının əvvəlində baş tutub. Bu barədə Ermənistan XİN məlumat verib.
İyunun 11-də İrəvanda ABŞ-Ermənistan Strateji Dialoqunun yekun iclası keçirilir. İclas hər iki ölkənin nümayəndə heyətlərinin geniş formatda görüşü ilə davam edəcək.
Hürr Tərcüman