📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ təmsilçisi Nigerə səfər edib və “Vaqner” təhlükəsindən danışıb

2023-08-08 14:27:00

ABŞ təmsilçisi Nigerə səfər edib və “Vaqner” təhlükəsindən danışıb

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland Nigerə səfər edərək, hakimiyyətə gəlmiş hərçilərin nümayəndələri ilə görüşüb. Bu barədə “Röyters” agentliyi məlumat verib.

Nuland jurnalistlərə “danışıqların çox açıq və bəzən xeyli çətin” olduğunu söyləyib.

O, əlavə edib ki, hərbçilər onun devrilmiş Prezident Məhəmməd Bazum ilə görüşünə imkan verməyiblər. Nuland Nigerin yeni Müdafiə naziri ilə görüşüb. Nulandın sözlərinə görə, qiyamçılar ABŞ-ın “demokrati nizamı bərpa eləmək” çağırışına müsbət cavab verməyiblər və o, “ABŞ ilə Nigerin münasibətlərinin təhlükə qarşısında olduğunu” bildirib.

Dövlət katibinin müavini vəzifəsini icra edən Nuland “Vaqner” qrupunun təhlükəsi” məsələsini qaldırdığını xəbər verib

Hürr Tərcüman