ABŞ təsdiqlədi - Şimali Koreya qüvvələri Rusiyadadır
2024-10-23 16:38:15
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin səfərdə olduğu Roma şəhərində jurnalistlərə açıqlamasında deyib: "KXDR-in qüvvələrinin Rusiyada olması ilə bağlı dəlillər var... Onların məhz nə ilə məşğul olduqlarını hələ aydınlaşdırmaq lazımdır. Biz bu barədə daha dəqiq məlumat almağa çalışırıq".
"NBS News" kanalının verdiyi xəbərə görə, Pentaqonun başçısı deyib: "Əgər Şimali Koreya Rusiya tərəfində müharibəyə qoşulmaq istəyirsə, bu, ciddi problemdir".
Hürr Tərcüman