ABŞ tornadonun cəngində – bütöv şəhərləri məhv etdi, evləri dağıtdı, sakinlər həlak oldular
“İndiyə qədər bizlərdən heç birimiz heç vaxt belə fəlakət görməyib”
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Kentukki ştatının qubernatoru Endi Beşir qasırğa üzündən ölənlərin sayının çoxalacağını bildirib. Beşir CBS kanalına açıqlamasında deyib: “İndiyə qədər bizlərdən heç birimiz heç vaxt belə fəlakət görməyib. Məndə olan məlumata görə, 80 nəfərdən artıq insanı itirmişik. Lakin həlak olanların sayı yüzdən artıq ola bilər”.
Vali baş vermiş təbii fəlakət nəticəsində bütöv şəhərlərin məhv olduğunu söyləyərək əlavə edib: “Atamın doğma şəhərinin yarısı məhv olub. Bundan danışmaq mənim üçün çətindir”.
Beşir mətbuata açıqlamasında Milli Qvardiyanın 300 nəfərdən artıq döyüşçüsünün təbii fəlakətin fəsadları ilə mübarizə apardığını bildirib. Milli qvardiyaçılar dağıntılar altında insanları axtarmağa kömək edirlər. Son sutka ərzində sağ qalanların tapılmadığı bildirilir.
ABŞ Daxili İşlər naziri Alexandro Mayoraks öz növbəsində bildirib ki, qarşıdakı “günlər, həftələr və aylar ərzində, tam bəpra başa çatana qədər” mütəxəssislər hadisə yerlərində işləməyə davam edəcəklər.
Son sutkalarda bir sıra Amerika ştatları, o cümlədən, İllinoys, Missuri, Arkanzas, Kentukki və Tennessi tufan və qasırğa fəlakətlərinə məruz qalıb. Arkanzasdakı qocalar evində 1 nəfər, Tennessi ştatında isə 3 nəfər qasırğanın qurbanı olub. Ən böyük insan itkisi isə Kentukki ştatında qeydə alınıb.
Hürr Tərcüman