📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-Türkiyə dialoqu davam edir – Nazir müavinləri Vaşinqtonda görüşdü

2024-03-09 17:33:44

ABŞ-Türkiyə dialoqu davam edir – Nazir müavinləri Vaşinqtonda görüşdü

ABŞ dövlət katibinin müavini Kurt Kempbell martın 8-də Vaşinqtonda Türkiyə Xarici İşlər nazirinin müavini Burak Akçapar ilə görüşüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin bəyanatında deyilir.

“Dövlət katibinin müavini Kempbell və Xarici işlər nazirinin müavini Akçapar regional və qlobal prioritetlər üzrə ABŞ və Türkiyə arasında strateji əməkdaşlığın daha da gücləndirilməsi yollarını müzakirə ediblər. Onlar Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq, Cənubi Qafqazda sülh və Asiyada və onun hüdudlarından kənarda birgə işləmək üçün digər imkanları müzakirə ediblər” - deyə, ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

AzPolitika.info