📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ: Türkiyə əməliyyata hazırlaşır, ehtiyatlı olun!

2022-11-19 09:20:00

ABŞ: Türkiyə əməliyyata hazırlaşır, ehtiyatlı olun!

Qarşıdakı günlərdə Türkiyənin Şimali İraq və Suriyanın şimalında mümkün hərbi əməliyyatları gözlənilir.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Ərbil konsulluğu məlumat yayıb.

Diplomatik nümayəndəlik ABŞ vətəndaşlarına çağırış edərək sözügedən ərazilərdən uzaq olmalarını tövsiyə edib:

“Sərhəd zonalarına getməkdən çəkinin. Gözlənilmədən böyük toplantıda, yaxud etiraz aksiyasındasınızsa, diqqətli olun. Yerli medianı izləyin”.