ABŞ Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması təşəbbüsünü alqışlayır...
2021-12-15 19:10:00
Hurriyyet.az xəbər verir ki, rəsmi Vaşinqton Türkiyə ilə Ermənistanın ikitərəfli danışıqlar üçün xüsusi nümayəndələr təyin eləmək qərarlarını alqışladığını bəyan edib.
ABŞ-ın Dövlət katibi Entoni Blinken Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəklədiklərini bəyan edib. Amerika diplomatiyasının rəhbəri Blinken bu barədə öz “Tvitter” səhifəsində yazıb: “Biz Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistan XİN-in normalaşdırma prosesini müzakirə eləmək məqsədilə xüsusi nümayəndələr təyin eləmək barəsində açıqlamalarını alqışlayır və qətiyyətlə dəstəkləyirik”.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur və Ankara 1993-cü ildən öz sərhədlərini Ermənistanın üzünə bağlayıb.