ABŞ Türkiyə-Suriya normallaşmasını dəstəkləmir
ABŞ Dövlət Departamenti "Türkiyə ilə Suriya arasında normallaşma səylərini dəstəkləmədiyini və 13 ildir davam edən problemə siyasi həll tapılana qədər ABŞ-ın Suriya ilə münasibətləri normallaşdırmayacağını" bildirib.
ABŞ Dövlət Departamenti "Rûdaw"ın Vaşinqton ofisinin meneceri Diyar Kürdanın elektron poçt vasitəsilə göndərdiyi sualları cavablandırıb.
Türkiyə ilə Suriya arasında davam edən normallaşma səyləri ilə bağlı sualı cavablandıran nazirlik, normallaşmanı “Biz dəstəkləmirik” ifadəsi işlədərək dəstəkləmədiyini bildirib.
Nazirlik sözçüsü, “Türkiyə ilə Suriya arasında normallaşma olacağına dair məlumatlar görürük. ABŞ bu normallaşma səylərini dəstəkləmir”, deyə fikir səsləndirərək, bildirib ki, “ABŞ olaraq bu problemin siyasi həlli istiqamətində ciddi irəliləyiş görmədikcə, Əsəd rejimi ilə münasibətləri normallaşdırmayacağıq. Suriya rejimi ilə əlaqəsi olan bütün ölkələri bu əlaqələrdən suriyalıların humanitar vəziyyəti, insan haqları və təhlükəsizlik vəziyyətini yaxşılaşdırmaq və BMT-nin 4456 saylı qətnaməsinin məqsədlərinə nail olmaq üçün istifadə etməyə çağırdıq”. Digər tərəfdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan normallaşma istiqamətində müsbət mesajlar verməyə davam edir.
Ankaradakı Prezident Külliyesində bugünkü Nazirlər Kabinetinin iclasından sonra Suriya prezidenti Bəşər Əsədlə görüşdən və Türkiyə-Suriya münasibətlərinin normallaşmasından danışan Ərdoğan mesajında görüşün keçirilməsinin “zərurət” olduğunu bildirib. O, “Dostlarımızın sayının artırılmasına böyük əhəmiyyət veririk. Böyük dövlətlər arasında paylaşma mübarizəsinin sürətləndiyi bir dövrdə xarici siyasətdə yeni tənliklərin qurulması Türkiyə üçün seçimdən çox, ehtiyacdır. Biz görürük ki, qonşularımızla yanaşı, digər ölkələrin də bu təşəbbüslərə ehtiyacı var. İnanırıq ki, sıxılmış yumruqları açmaq faydalıdır", deyə bildirib.
Ülviyyə, Hurriyyet.az