ABŞ Türkiyədən S-400 sistemlərini başqa ölkəyə göndərməyi tələb edib
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Habertürk” kanalına müsahibəsində ABŞ-ın Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Ukraynaya vermək təbəinə rədd cavabı verdiklərini bildirib.
Nazirin sözlərinə görə, Vaşinqton Ankaraya S-400 HHM sistemlərini Kiyevə göndərməyi təklif edib, lakin rədd cavabı alıb. Çavuşoğlu deyib: “Hətta bizə bu sistemləri Ukraynaya göndərməyi təklif elədilər, lakin biz “yox” dedik. Bu cür təkliflər olub”.
Çavuşoğlu ABŞ-dan S-400 ilə bağlı bir neçə təklifin edildiyini qeyd edib: “Bizə dedilər ki, nəzarəti bizə verin. Bu, bizim suverenliyimizə toxunan təklifdir. O zaman müstəqilliyimiz necə olacaqdı?”
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bəyan etmişdi ki, Türkiyə Rusiyadan S-400 HHM sistemlərini Vaşinqton Ankaraya “Patriot” sistemlərini satmadıqdan sonra satın alıb.
Hürr Tərcüman