ABŞ Türkiyəyə rus hərbi gəmilərinin boğazlardan keçmək qadağasına görə təşəkkür etdi
2022-03-02 13:54:00
Türkiyənin XİN naziri Mövlud Çavuşoğlu Rusiyanın 4 hərbi gəmisini Ankaranın tələbi ilə Türkiyə sularından Qara dənizə göndərmək təklifinə rədd cavabı verdiyini bildirib və əlavə edib ki, bu qərar Ankara Moskvanın Ukraynaya müdaxiləsinə görə boğazları bağlamadan əvvəl verilib.
NATO müttəfiqi Türkiyə Qara dənizdə Ukrayna və Rusiya ilə həmsərhəddir və həm də Rusiya ilə yaxşı əlaqələrə malikdir. Bazar ertəsi Ankara 1936-cı ildə imzalanmış Montrö paktı çərçivəsində İstanbul və Çanaqqala boğazlarını bağladığını və bəzi rus gəmilərinin keçidini məhdudlaşdırdığını bildirib. Montrö paktı gəmiləri öz bazalarına qayıtmaq öhdəliyindən azad edir.
Çavuşoğlu eləcə də “Habertürk”ə açıqlayıb ki, Türkiyə Moskvanın bazar günü Montrö Konvensiyasına uyğun olaraq keçidləri məhdudlaşdırmağa qərar verməmişdən əvvəl Rusiyadan gəmilərini göndərməməyi xahiş edib.
“Rusiya 27-28 fevral tarixlərində 4 gəmisinin boğazlardan keçəcəyini bildirib, bunlardan 3-ü Qara dənizdəki bazalarda qeydiyyata alınmayıb”, deyə Çavuşoğlu bildirib. Nazir, “Biz Rusiyaya dedik ki, bu gəmiləri göndərməsin və Rusiya gəmilərin boğazlardan keçməyəcəyini söylədi. Bundan heç kim inciməsin, çünki Montrö Konvensiyası bu gün, dünən və sabah qüvvədədir, ona görə də biz onu həyata keçirəcəyik”, deyə əlavə edib.
"Reuters" bu həftənin əvvəlində ən azı dörd Rusiya gəmisinin - iki esmines (destroyer), bir freqat və bir kəşfiyyat gəmisinin Türkiyənin Aralıq dənizindən keçmək qərarını gözlədiyini bildirdi. Onlardan ikisi, bir freqat və bir esmines bu həftə boğazlardan keçməyə icazə xahiş etmişdi.
ABŞ Türkiyənin boğazları bağlamaq üçün atdığı addıma görə “tədirlərini ifadə edib”. Ukraynanın Ankaradakı səfiri bildirib ki, Kiyev Montrö Konvensiyasını “vaxtında” yerinə yetirdiyinə görə Türkiyəyə “minnətdardır”.
P.S. Türkiyə tərəfinin qüsursuz "diplomatik gediş"i təqdirəlayiqdir. Belə ki, Çavuşoğlu "Rusiyanın 4 hərbi gəmisini Ankaranın tələbi ilə Türkiyə sularından Qara dənizə göndərmək təklifinə rədd cavabı verdiyini və bu qərarın Ankaranın Moskvanın Ukraynaya müdaxiləsinə görə boğazları bağlamadan əvvəl verildiyini" açıqlasa da, belə təəssürat yaranır ki, bu qərar Rusiyaya aid olduğuna görə Moskva da onu özünün "divara sıxıldığını" bəlli etməmək üçün bu şəkildə ifadə edib. Çünki Ankara rus hərbi gəmilərinin İstanbul və Çanaqqala boğalarından yalnız Aralıq dənizindən geri qayıdarkən Qara dənizdəki rus donanmasının bazasına qayıda biləcəyini Rusiyanın Ukraynaya müdaxiləsindən sonra açıqlamışdı. Bu səbəbdən də məntiqlə Rusiya bu qərarı Ukraynaya müdaxiləsinin nəticəsində Montrö Konvensiyasına görə yalnız bazaya geri qayıtmaq hüququnun olması haqda Türkiyənin xəbərdarlığından öncə verə bilməzdi. Aydındır ki, Ankara siyasətini balanslaşdırıcı taktiki-diplomatik gedişlər edir və düz də edir. Kreml isə "kürəyini yerə qoymayan pişik" kimi təkləndiyini etiraf etmək istəmir.
Ülviyyə, Hurriyyet.az