📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Ukrayna sərhədlərinin möhkəmləndirilməsinə 20 milyon dollar xərcləyəcək

2021-12-29 16:05:00

ABŞ Ukrayna sərhədlərinin möhkəmləndirilməsinə 20 milyon dollar xərcləyəcək

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, ABŞ Ukraynanın Rusiya və Belarus ilə sərhədlərini möhkəmləndirilməsi üçün 20 milyon dollar vəsait ayırıb. Ukraynanın Sərhəd Xidmətinin açıqlamasında layihənin 2022-ci ildə reallaşdırılmasının planlaşdırıldığı bildirilir.

Amerikalı ekspertlər Ukrayanın Sumsk vilayətinin Rusiya ilə sərhədinə gedərək ərazinin möhkəmləndirilməsi üçün təkliflər hazırlayıblar.

Ukraynanın Dövlət Sərhəd Xidmətinin başçısı Sergey Deyneko deyib: “Ukraynanın Dövlət Sərhəd Xidməti Ukraynadakı ABŞ səfirliyinin hüquq-mühafizə məsələləri üzrə şöbəsi ilə birlikdə sərhəd idarəsinin imkanlarının gücləndirilməsi üçün çox mühüm iş görüblər... Əməkdaşlığımızın nəticəsi olaraq, yeni beynəlxalq texniki yardım layihəsi yaradıldı. Köhnə və yeni çağırışları nəzərə alan layihə Ukraynanın şimal və şərq sərhədlərinin təhlükəsizliyinə yönəldilib”.

Layihənin reallaşdırılmasının yanvarda başlanması və ABŞ tərəfindən ödəniləcək 20 milyon dollara başa gəlməsi nəzərdə tutulub.

Deyneko deyib: “Müasir videoqeyd vasitələri, pilotsuz komplekslər, sərhədçilərin fərdi müdafiəsi, həmçinin, onların çöl şəraitində təminat məsələləri, nəqliyyat və rabitə vasitələri ilə təchizat – bütün bunlar strateji tərəfdaşlarımız ilə razılaşdırdığımız tələbatlardır”.

Bundan bir müddət əvvəl Ukraynanın Daxili İşlər naziri Denis Monastırski Ukraynanın 2022-ci ildə Rusiya ilə dövlət sərhədlərini gücləndirməyə başlayacağını və bunun üçün 640 milyon dollar lazım olduğunu bildirmişdi.

Hürr Tərcüman