📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“ABŞ Ukraynanın məğlubiyyətinə görə məsuliyyət daşıyacaq” – Maliyyə nazirindən təcili çağırış

2023-12-06 12:02:03

“ABŞ Ukraynanın məğlubiyyətinə görə məsuliyyət daşıyacaq” – Maliyyə nazirindən təcili çağırış

“Konqres Bayden administrasiyasının müharibədən əziyyət çəkən ölkə üçün milyardlarla dollarlıq son maliyyə tələbini təsdiqləməsə, Birləşmiş Ştatlar Ukraynanın məğlubiyyətinə görə məsuliyyət daşıyacaq”.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Canet Yellen deyib.

Onun sözlərinə görə, xüsusilə Ukraynanın ümumi dövlət büdcəsini dəstəkləmək üçün maliyyələşməyə təcili ehtiyac var və Beynəlxalq Valyuta Fondunun Ukraynaya dəstəyinin davamlı olması əsas şərtdir.

“Mən Konqres üzvləri ilə, həmkarlarımla danışdım. Düşünürəm ki, onlar başa düşürlər ki, bu, çətin vəziyyətdir və biz Ukraynanı lazımi maliyyə ilə təmin edə bilməsək, Ukraynanın məğlubiyyətinə görə məsuliyyəti öz üzərimizə götürə bilərik” - deyə, Canet Yellen bildirib.

Ukrayna prezident administrasiyasının rəhbəri daha əvvəl demişdi ki, ABŞ-ın yardımını gecikdirmək Ukraynanın müharibədə uduzması ilə bağlı böyük risk yaradır.

Yellen deyib ki, ABŞ-ın Ukraynaya maliyyə ayırması ABŞ-ın Avropadakı müttəfiqlərinin Ukraynanın qalib gəlməsinə kömək etmək üçün daha səxavətli yardım göstərməsi üçün də vacibdir.

"Ukraynanın sadəcə pulu tükənir. Onlar vergilərə, hərbi və müdafiə xərclərinə aldıqları hər qəpikdən daha çox xərcləyirlər. Onlara göndərdiyimiz pul olmasaydı, Ukraynanın məktəbi, xəstəxanası və ya ilk tibbi yardımı olmazdı",- Yellen vurğulayıb.

AzPolitika.info