ABŞ Ukraynaya 20 milyard dollar maliyyə yardımı ayırıb
2024-12-11 11:10:55
ABŞ Maliyyə Nazirliyi Ukraynaya 20 milyard dollar maliyyə yardımı ayırıb.
Yardım G7-nin 50 milyard dollarlıq Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (ERA) təşəbbüsü çərçivəsində nəzərdə tutulub. Kredit Rusiyanın dondurulmuş suveren aktivlərindən alınan vəsait hesabına ödəniləcək.
Ülviyyə, Hurriyyet.az