ABŞ Ukraynaya 300 milyon dollarlıq silah verəcək: raketlər, komplekslər, mərmilər...
2023-05-31 08:25:00
Hurriyyet.az xəbər verir ki, mayın 31-də ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi barəsində açıqlama verəcəyi gözlənilir. Paketə “Zuni” raketləri də daxildir. Bu barədə məlumatı “Amerikanın səsi” kanalının müxbiri Karla Bebb öz “Tvitter” səhifəsində verib.
Jurnlist yazıb: “Müdafiə Nazirliyinin təmsilçiləri mənə deyiblər ki, mayın 31-də ABŞ Ukraynaya 300 milyon dollar həcmində əlavə yardım təqdim edəcək”.
Yardım paketinə aşağıdakı silahların daxil edildiyi yazılıb:
“Patriot” HHM sistemləri üçün mərmilər;
Artilleriya mərmiləri;
HIMARS sistemi üçün mərmilər;
“Zuni” hava-yer tipli idarəolunmaz raketlər;
Avenger” HHM sistemləri;
“Stinger” kompleksi.
Hürr Tərcüman