📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Ukraynaya 425 milyon dollar dəyərində yeni hərbi yardım paketi açıqlayıb

2024-10-17 11:03:18

ABŞ Ukraynaya 425 milyon dollar dəyərində yeni hərbi yardım paketi açıqlayıb

Ağ Ev Kiyevə 425 milyon dollar məbləğində daha bir hərbi yardım paketinin ayrıldığını açıqlayıb. Bu barədə ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü məlumat verib.

"Amerikanın Səsi" bildirir ki, Pentaqonun anbarından verilən əlavə yardım paketinə NASAMS zenit-raket sistemləri, RIM-7 hava hücumundan müdafiə raketləri, Stinger zenit raketləri, HIMARS raket sistemləri üçün döyüş sursatları, kaset sursatları, Javelin zenit-raket kompleksləri daxildir. tank sistemləri və s. daxildir. 

Ülviyyə, Hurriyyet.az