ABŞ Ukraynaya 90 ton silah-sursat göndərəcək
2022-02-11 20:50:00
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Amerika Ukraynaya daha 90 ton silah-sursat göndərəcək. Bu barədə açıqlama ABŞ-ın Kiyevdəki səfirliyinin səhifəsində dərc olunub. Diplomatik missiya indiyə qədər belə yüklə dolu 15 təyyarə uçuşunun həyata keçirildiyini və tədarükün davamlı olacağını bildirib. Səfirliyin məlumatında “Cavelin” sistemlərinin də Ukraynaya çatdırılacağı xəbər verilir.
Səfirlik “Rusiya təcvüzünə qarşı” Birləşmiş Ştatların Ukraynaya dəstəyini bu cür göstərdiyini bəyan edib.
Hürr Tərcüman