📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Ukraynaya daha 1 milyard dollarlıq hərbi yardım göndərir

2022-09-28 23:24:00

ABŞ Ukraynaya daha 1 milyard dollarlıq hərbi yardım göndərir

Amerika Birləşmiş Ştatlar Ukraynaya daha 1,1 milyard dollarlıq hərbi yardım paketi təqdim edəcək.
Bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.
Bildirilir ki, son yardım paketi Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində veriləcək. 
Buraya 18 HIMARS reaktiv raket sistemi (MLRS) və 150 ​​"Humvee" zirehli yolsuzluq avtomobili daxildir.
Hərbi mənbələrin yazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin son uğurları HIMARS və digər oxşar sistemlərlə bağlıdır.
Yardım paketinə 150 taktiki avtomobil, radar və pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemləri daxildir. 
Bununla da, Ukraynada müharibə başlayandan indiyədək ABŞ-ın rəsmi Kiyevə yardımının ümumi həcmi 16,2 milyard dollara çatıb. \\Demokrat.az