📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Ukraynaya əlavə 3,9 mlrd. dollar AYIRACAQ

2024-08-01 16:57:49

ABŞ Ukraynaya əlavə 3,9 mlrd. dollar AYIRACAQ

Ukrayna yaxın vaxtlarda ABŞ-dən əlavə 3,9 milyard dollar vəsait alacaq.

Hurriyyet.az-ın xəbərinə görə, bu barədə adıçəkilən ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əldə olunacaq növbəti tranş müəllimlər də daxil olmaqla dövlət strukturlarının, o cümlədən Fövqəladə Hallar Xidmətinin əməkdaşlarına maaşların ödənilməsi, eləcə də məcburi köçkün ailələrinə və əlilliyi olan şəxslərə birdəfəlik yardımların verilməsinə sərf olunacaq.

Qeyd edək ki, indiyədək rəsmi Vaşinqtonun cari ildə Ukraynaya ayıracağı məbləğin 7,8 milyard dollar təşkil etməsi planlaşdırılırdı.

sfera.az