ABŞ Ukraynaya hərbi yardımı azaldacaqmı?
2023-01-09 23:43:00
Müdafiə xərclərinin azaldılması Ukraynaya hərbi yardıma təsir göstərməyəcək.
Bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
"Biz 37 milyard dollar (Ukraynaya hərbi yardım - red.) istədik, çünki keçən il bunun maliyyə ili üçün lazım olacağını düşündük. Konqres bu məbləği 45 milyard dollara çatdırdı. Həmin pul ayrıldı", - o bildirib.
O hesab edir ki, ABŞ hökumətinin hazırki siyasətini demokratlar və respublikaçıların əksəriyyəti dəstəkləyir.\\Axar