📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Ukraynaya ilk dəfə “Patriot” zenit-raket kompleksləri verəcək

2022-12-21 23:37:00

ABŞ Ukraynaya ilk dəfə “Patriot” zenit-raket kompleksləri verəcək

ABŞ ilk dəfə olaraq Ukraynaya “Patriot” zenit-raket komplekslərinin daxil olduğu 1,8 milyard dollar həcmində hərbi yardım göndərəcək.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yazılı bəyanatında deyilir.

Sənəddə göstərilir ki, 1 milyard Dövlət Departamenti, 850 milyon dollar isə Pentaqon vasitəsilə ayrılacaq.

Demək olar ki, ABŞ dövlət katibi ilə eyni vaxtda Ağ Evin mətbuat xidməti ABŞ prezidenti Cozef Baydenin Blinkenin qeyd etdiyi xarici siyasət departamenti vasitəsilə Kiyevə 1 milyard dollara qədər vəsaitin ayrılması haqqında sərəncamının mətnini dərc edib.

ABŞ “Patriot” raketləri batareyasını idarə etmək üçün ukraynalı hərbçilərə keçiriləcək təlimlərdə də iştirak edəcək.

 

Bakupost.az