ABŞ Ukraynaya İran PUA-larına qarşı eksperimental silahlar göndərir
2023-04-05 14:03:00
ABŞ İranın PUA-larını məhv etmək üçün Ukraynaya eksperimental silahlar göndərir. Bu barədə "Defenseone" saytında bildirilir.
Belə ki, Pentaqon Ukraynaya pilotsuz təyyarələrə qarşı istifadə olunacaq 10 lazerlə idarə olunan c-UAS mobil raket sistemini ehtiva edən yeni hərbi yardım paketini açıqlayıb. Nəzərdə tutulan eksperimental silahlar da bu hərbi yardım paketi çərçivəsində həyata keçiriləcək.
Ülviyyə, Hurriyyet.az