📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Ukraynaya zirehli maşınlar göndərdi

2023-03-04 21:58:00

ABŞ Ukraynaya zirehli maşınlar göndərdi

ABŞ Ukraynaya vəd etdiyi "Stryker" zirehli döyüş maşınlarını göndərməyə başlayıb.

Bu barədə “Military Agenda” nəşri məlumat yayıb.

Zirehli maşınlar Almaniyaya göndərilib, oradan Ukraynaya yola düşəcəklər.

“ABŞ 90 “Stryker” döyüş maşını göndərib, onlar artıq Almaniyaya çatıblar, oradan da Ukraynaya gedəcəklər”, - məlumatda deyilir. \\Redaktor.Az