📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ “Vaqner”i terror təşkilatı elan edə bilər - "Putinin medallı aşbazı" qara siyahıda

2022-11-30 13:15:00

ABŞ “Vaqner”i terror təşkilatı elan edə bilər -

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, “Blumberq” (“Bloomberg”) nəşri ABŞ hökumətinin Rusiyanın “Vaqner” özəl hərbi şirkətini xarici terror təşkilatı elan eləmək məsələsini müzakirə elədyini bildirib.

Nəşrin yazdığına görə, adının açıqlanmasını istəməyən iki mənbə son qərarın hələ verilmədiyini bildirib.

ABŞ-da bu addımın Rusiyanın “terroru dəstəkləyən ölkə” elan edilməsini tələb edən qrupları sakitləşdirmək üçün atıla biləcəyi proqnozlaşdırılır.

“Vaqner”in terrorçu təşkilat kimi tanınmasının cəza tətbiqinə imkan verəcəyi və qrupun əməliyyatlarına dünya miqyasında təsir edə biləcəyi bildirilir.

Rusiya hökuməti “Vaqner” ilə rəsmi bağının olduğuna dair iddiaları rədd edir.

Yevgeni Priqojinin şirkəti Rusiyada dövlətin yüksək çinli məmurlarının ərzaq təminatı ilə məşğul olub. Buna görə də, o, mediada “Putinin aşpazı” adını alıb. Putinə yaxınlığı ilə tanınan Priqojinin muzdlu hərbi xidmət göstərən “Vaqner” şirkəti isə Rusiya tərəfindən Krımın işğalı, Ukraynadakı döyüşlər, Liviya, Suriya və Afrika ölkələrində muzdlu hərbçilərinin qanlı fəaliyyətləri ilə tanınır.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin müsahibələrinin birində sahibkarı tanısa da onunla dost olduğunu və Priqojinin dövlətlə əlaqəsini inkar edib,  onu amerikalı biznesmen Corc Sorosa bənzədib.

2022-ci ildə ölkənin ən ali mükafatına – “Rusiya Qəhrəmanı” adına layiq görülmüş Priqojinə dünyanın bir çox ölkəsi sanksiya tətbiq edib. ABŞ-ın Federal Təhlükəsizlik Xidməti (FBI) onu beynəlxalq axtarışa verib, başına isə pul qoyub.

Xatırladaq ki, 20 18-ci ildə “Vaqner”in Mərkəzi Afrika Respublikasındakı fəaliyyəti ilə bağlı araşdırma aparan jurnalistlər –  Orxan Camal, Aleksandr Rastorquev və Kirill Radçenko oradaca qətlə yetirilmişdilər.

Hürr Tərcüman