📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"ABŞ və Avropadakı səfirliklərimiz kabinetlərdən çıxıb görüşlərin sayını artırmalıdırlar" - ELXAN ŞAHİNOĞLU

2022-09-14 10:44:00

"Avropada bu qədər dostumuz varkən, onların da səsinin çıxmamasını bu ölkələrdəki səfirliklərimizin passivliyi ilə əlaqələndirirəm"

"Erməni saytlarında ABŞ-dakı bir qrup konqresmenin, Avropa Parlamentində bir neçə depuatın Azərbaycan əleyhinə açıqlamaları yayılıb və bu say getdikcə artır. Digər tərəfdən, Ermənistan və erməni lobbisi Azərbaycana qarşı informasiya müharibəsini genişləndirib, dezinformasiyalar yayırlar". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq qeyd edib ki, bu müddətdə Qərbin müxtəlif nəşrlərində Azərbaycan əleyhinə məqalələr də yayınlamağa başlayacaqlar: "İndiki gərgin vəziyyətdə ABŞ və Avropadakı səfirliklərimiz fəallaşmalıdırlar, kabinetlərdən çıxıb görüşlərin sayını artırmaq lazımdır. Heç olmazsa Amerikada bircə konqresmen Ermənistanın təxribatı haqqında açıqlama yaya bilməzmi? Və ya Avropada bu qədər dostumuz varkən, onların da səsinin çıxmamasını bu ölkələrdəki səfirliklərimizin passivliyi ilə əlaqələndirirəm".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az