ABŞ və Britaniya kəşfiyyat başçıları Çin sənaye casusluğuna qarşı sayıq olmağa çağırıb
"Financial Times"ın verdiyi xəbərə görə, Londonda ABŞ və Britaniya kəşfiyyatı rəsmiləri birgə çıxışlarında xəbərdarlıq ediblər ki, Çinin sənaye casusluğu Qərb üçün artan təhlükə vəd edir.
FTB direktoru Kristofer Rey xəbərdarlıq etdi ki, Pekin mürəkkəb "üksük oyunu" oynayır və casusluq işini maskalamaq üçün ixtisaslaşmış şirkətlərdən istifadə edir. "Çin hökuməti Qərb biznesi üçün hətta təcrübəli iş adamlarının dərk etdiyindən daha böyük təhlükədir", Rey MI5 həmkarı Ken Makkallum ilə tədbirdə korporasiyaların başçılarına deyib. "Ona görə də mən sizi təhdidləri qiymətləndirərkən uzaqgörən olmağa çağırıram", deyə kəşfiyyat rəhbəri əlavə edib.
Çin də öz növbəsində Böyük Britaniya ilə ABŞ-ın birgə bəyanatlarını tənqid edib. "Faktlar təkzibedilməz şəkildə sübut edir ki, ABŞ sülh və qlobal inkişaf üçün ən böyük təhlükədir", deyə Çin XİN sözçüsü Çjao Litszyan bildirib. Çjaonun fikrincə, Britaniya kəşfiyyatı "öz şərəfsiz davranışını Çinə ekstrapolyasiya edir", "Çin qorxusu nəzəriyyəsini" şişirdir və "qarşıdurma" yaradır.
Rey bildirib ki, Pekin Qərb texnologiyasını oğurlamaq, onunla rəqabət aparan qeyri-Çin bizneslərini sarsıtmaq və bazarlara hakim olmaq üçün “əlində olan hər vasitədən” istifadə edir. “Əgər Çin şirkəti ilə iş görürsünüzsə, o zaman bilməlisiniz ki, bunun arxasında Çin hökuməti, yəni Çinin Milli Təhlükəsizlik Nazirliyi və Çin Xalq Azadlıq Ordusu dayanır, hesab edib ki, onlar kölgə tərəfdaşlardır”, deyə Rey xəbərdarlıq edib.
Ülviyyə, Hurriyyet.az