ABŞ və Çin müdafiə nazirləri görüşüb
Bu gün Şanqri-La Dialoq forumu çərçivəsində ABŞ və Çin müdafiə nazirlərinin 2022-ci ildən bəri ilk görüşü baş tutub.
Amerika tərəfi görüşlə bağlı press-reliz yayınlayıb.
“Lloyd Ostin ABŞ və Çin Xalq Respublikası arasında açıq hərbi kommunikasiya xətlərinin saxlanmasının vacibliyini vurğuladı. Nazirlik nümayəndələri müxtəlif səviyyələrdə gələcək təmaslara dair çinli həmkarları ilə fəal müzakirələri davam etdirəcəklər.
Ostin PLA-nın Tayvan boğazında son təxribat fəaliyyətindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, Çin Tayvanda lider dəyişikliyindən məcburi tədbirlər üçün bəhanə kimi istifadə etməməlidir.
Amerika texnologiyası beynəlxalq hüququn icazə verdiyi yerdə işləməyə davam edəcək”.
Ostin Ukrayna münaqişəsinə və Rusiyanın müdafiə sənayesi bazasının dəstəklənməsində ÇXR-in roluna toxunub. O, həmçinin KXDR-in son təxribatlarından narahat olduğunu bildirib.
Ülviyyə, Hurriyyet.az