📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ və Çinin müdafiə nazirləri Sinqapurda görüşəcək

2024-05-25 00:57:51

ABŞ və Çinin müdafiə nazirləri Sinqapurda görüşəcək

ABŞ müdafiə naziri Lloyd Ostin gələn həftə Sinqapurda Çinin müdafiə naziri Donq Jun ilə ikitərəfli görüş keçirəcək.

Hurriyyet.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Bildirilib ki, Ostin gələn həftə Sinqapura gedəcək və burada "Şanqri-La Dialoq" beynəlxalq təhlükəsizlik forumunda iştirak edəcək.

Aprelin 16-da ABŞ və Çin müdafiə nazirləri arasında videobağlantı vasitəsilə danışıqların davamı olaraq əyani məsləhətləşmələr keçiriləcək.