📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"ABŞ və İran Pakistan vasitəsilə dolayı yolla danışıqlar aparır" - İshaq Dar

2026-03-26 15:41:32

Pakistanın xarici işlər naziri İshaq Dar ABŞ və İran arasında dolayı danışıqların ölkəsi vasitəsilə aparıldığını bildirib.

"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.

Nazirin sözlərinə görə, media Yaxın Şərqdəki münaqişənin həlli üzrə sülh danışıqları ilə bağlı əsassız spekulyasiyalar yayır:

"Əslində, ABŞ və İran arasında dolayı yolla danışıqlar Pakistan vasitəsilə mesaj mübadiləsi yolu ilə aparılır. Bu kontekstdə ABŞ hazırda İran tərəfindən nəzərdən keçirilən 15 bənddən ibarət sənəd təqdim edib".

İ.Dar əlavə edib ki, Türkiyə və Misir də bu təşəbbüsü dəstəkləyir.