📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın Tehrandakı qərargah binası dağıdılıb

2026-03-14 11:59:50

ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın Tehrandakı qərargah binası dağıdılıb

Tehranda ABŞ və İsrailin endirdiyi hava zərbələri nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ən böyük qərargah binalarından biri ciddi zərər görərək demək olar ki, tamamilə dağıdılıb.

APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, Tehranda yerləşən SEPAH-ın ən böyük qərargahı ABŞ və İsrailin həyata keçirdiyi hava hücumu nəticəsində məhv edilib.