"ABŞ və Rusiya bu dəfə Cənubi Qafqazda, Ermənistanda toqquşa bilər" - ZAUR MƏMMƏDOV
"Azərbaycanı xilas edən yeganə amil aparılan rasional, praqmatik siyasətdir!"
"Azərbaycan dövlətinin ən böyük rolu, həm də bu illər ərzində xalqı fəlakətlərdən qorumasıdır. Bölgə barıt çəlləyidir. Bundan sonra da belə olmaqda davam edəcək. Qonşular, bölgədə qonşularla mübarizə aparanlar və daha nələr. Misal üçün, "Institute Science and International Security" məlumat yayıb ki, yaxın həftələrdə İran nüvə silahı əldə edəcək". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
Politoloqun sözlərinə görə, mütəxəssislər bildirirlər ki, iranlılar bir ay ərzində altı, altı ay ərzində isə daha 12 nüvə başlığı istehsal etmək iqtidarındadır: "Onlar aşağıdakı nəticələrə gəlirlər. "İranın nüvə potensialı heç vaxt bu qədər real olmamışdı". Bunu Qərbdə bilmirlər? Yoxsa, Qərb və İran arasında parçalama və hökmranlıq et siyasəti gedir? Digər tərəfdən, ABŞ və Rusiya bu dəfə Cənubi Qafqazda, Ermənistanda toqquşa bilərlər. Nümunələri sadalamağa davam etmək olar. Azərbaycanı xilas edən yeganə amil aparılan rasional, praqmatik siyasətdir!"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az