📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ və Türkiyə Zəngəzur dəhlizini müzakirə edir

2023-09-26 11:40:44

ABŞ və Türkiyə Zəngəzur dəhlizini müzakirə edir

ABŞ Dövlət Departamenti Türkiyə Prezidenti Rəcəb Ərdoğanın Naxçıvana səfəri və Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə münasibət bildirməyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O bildirib ki, ABŞ bu məsələdə Türkiyə hökuməti ilə işləyir:

“Bu, Dövlət katibi Blinkenin ötən cümə günü Nyu Yorkda keçirdiyi görüşdə türkiyəli həmkarı ilə müzakirə etdiyi məsələlərdən biri idi. Bütün müttəfiqlərimiz və tərəfdaşlarımız davamlı razılaşmanın əldə edilməsində konstruktiv rol oynaya bilər, o cümlədən, əlbəttə ki, Türkiyə. Amma konkret təkliflə bağlı heç bir şərhim yoxdur”./axar.az/