📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ və Yaponiya arasında Rusiyaya qarşı razılaşma

2023-05-18 17:37:00

ABŞ və Yaponiya arasında Rusiyaya qarşı razılaşma

Hurriyyet.az “Vestnik Kavkaza” Portalına istinadla xəbər verir ki, Yaponiyanın Baş naziri Fumio Kisida ilə ABŞ Prezidenti Cozef Bayden danışıqlar zamanı Rusiya Federasiyasına qarşı sanksiya təzyiqini saxlamaq barəsində razılaşıblar.

Yaponiya XİN-in açıqlamasında deyilir: “İki ölkənin liderləri G-7 dövlətləri və digər həmrəy ölkələrlə sıx əməkdaşlıq şəraitində Rusiyaya qarşı sanksiyalara və Ukraynanı dəstəkləməyə davam eləmək barəsində razılaşıblar”.

ABŞ və Yaponiyanın liderlərinin görüşü Xirosimada baş tutub. Mayın 19-da burada G7 sammiti işə başlayacaq.

Hürr Tərcüman