ABŞ Venesuelada müxalifəti dəstəkləyir
2024-08-02 12:00:16
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, ABŞ-ın xarici işlər naziri Entoni Blinken Nikolas Maduronun Venesuelada keçirilən Prezident seçkilərinin qalibi olması faktı ilə razılaşmadığını, ölkədəki müxalifətçilərin PUD (Birləşmiş Demokratik Platforma) adlanan koalisiyasının başçısı Edmundo Qonsalesi ən əsl qalib hesab etdiyini bəyan edib.
Blinken yazılı açıqlamasında bildirib: "ABŞ və təbii ki, Venesuela xalqı 28 iyul tarixli seçkilərdə Qonsalesin böyük üstünlüklə qələbə qazandığına inanırlar".
Hürr Tərcüman