ABŞ Venesuelaya Rusiya ilə bağlı tələb irəli sürüb
Hurriyyet.az xəbər verir ki, “The New York Times” qəzetinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ Venesueladan ölkədə olduğu iddia edilən Rusiya, Çin və İrandan olan müşavirlərin qovulmasını tələb edir.
Qeyd olunur ki, ABŞ dövlət katibi Marko Rubio Tramp administrasiyasının tələblərini Venesuelanın yeni müvəqqəti lideri Delsi Rodrigezə yüksək vəzifəli konqres liderləri ilə qapalı görüşdə açıqlayıb.
Mənbələrə görə, ABŞ bu ölkələrdən kəşfiyyat və hərbi personalın qovulmasını istəyir, lakin bəzi diplomatların qalmasına icazə veriləcək.
Bir müddət əvvəl “ABC” News Ağ Ev mənbələrinə istinadən xəbər vermişdi ki, Tramp Venesuelanın Rusiya ilə bütün əlaqələrini kəsməsini tələb edib. Məlumata görə, Vaşinqton həmçinin Venesuelanın neft hasilatında yalnız ABŞ ilə əməkdaşlıq etməsini və Karakasın ABŞ-a ağır xam neftin satışında üstünlük verməsini tələb edib.
Hurriyyet.az