📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ vertolyotları YPG/PKK ilə savaşan ərəbləri atəşə tutublar

2024-08-07 19:10:50

ABŞ vertolyotları YPG/PKK ilə savaşan ərəbləri atəşə tutublar

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Suriyanın şimalında, Deyr-əz-Zor vilayətində yerli ərəb tayfaları ilə özünü "Suriya Demokratik Qüvvələri" adlandıran - YPG/PKK terrorçuları arasında toqquşma olub. Fərat çayışının şərq sahilində, Əl Ömər neft yatağının yaxınlığındakı Amerika hərbi bazasından qalxan ABŞ vertolyotları PKK terror təşkilatının Suriyadakı şaxəsini dəstəkləyərək ərəb tayfalarının karvanını atəşə tutublar. 
"Al Mayadeen" kanalının məlumatına görə, hər iki tərəf itki verib, dinc sakinlər arasında da itkilər var. Bunun ardınca ABŞ-ın dəstəklədiyi YPG/PKK yaraqlıları Fərat çayının şərqində məskunlaşan ərazilərdə komendant saatı tətbiq edib və Ceyş əl-Əşair tərəfdarları arasında həbslər həyata keçirib. Ərəb döyüşçüləri bir neçə təşkilat üzvünü girov götürüblər. Onlar Əbu Hamam, Qaranic, Əl-Kəşkiya və Əl-Latva qəsəbələrinə nəzarəti ələ keçiriblər.

 

Hürr Tərcüman