📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ XİN-in Qafqaz danışıqları üzrə müşaviri istefaya göndərildi

2023-01-05 11:45:00

ABŞ XİN-in Qafqaz danışıqları üzrə müşaviri istefaya göndərildi

Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Ned Prays idarə rəhbərliyinin Qafqazda danışıqlar üzrə Baş müşavir Filip Rikerin istefaya göndərildiyini xəbər verib.

Prays qeyd edib ki, onun işdən çıxarılması Rikerin bu vəzifədə səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır. Diplomat Dövlət Departamentində işləməyə davam edir.

Ned Prays əlavə edib ki, Filip Rikerin vəzifəsini tərk eləməsi ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasındakı mövqeyini dəyişməyəcək və Cənubi Qafqazda sabitliyin və sülhün təmin olunmasına öz töfhəsini vermək səylərinə təsir etməyəcəkdir.

Hürr Tərcüman