ABŞ XİN Misirə 2,55 milyard dollarlıq silah satışına icazə verdi
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi Misirə 2,2 milyard dolları 12 ədəd S-130J Super Herkules hərbi yük təyyarəsinə, 355 milyon dolları hava hücumundan müdafiə radarlarına (3 ədəd SPS-48 radar sistemi və bu sistemlərin ehtiyat parçaları üçün) ödənməklə, ümumilikdə 2 milyard 555 milyon dollar həcmində hərbi satışın həyata keçirilməsinə icazə verib. Bu barədə məlumatı ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi öz yazılı açıqlamasında verib.
ABŞ Konqresi 30 iş günü ərzində ABŞ XİN-in silah satışı icazəsinə etiraz etmədikdə, rəhbərlik satış icazəsi verilən ölkə ilə sövdələşmə barəsində danışıqlara başlayır. ABŞ-ın həmin ölkəyə təklifinə qarşı ölkədən müsbət cavab gəldikdə, tədarük həyata keçirilir.
Hürr Tərcüman