ABŞ XİN rəhbəri Blinken ukraynalı həmkarı ilə danışıb
Hurriyyet.az “TRT Haber” kanalına istinadla xəbər verir ki, ABŞ-ın Xarici İşlər naziri Entoni Blinken Ukraynanın Xarici İşlər naziri Dmitri Kulebo ilə telefonla danışıb. Söhbətin mövzusu Rusiya-Ukrayna böhranı olub.
ABŞ XİN-in yazılı açıqlamasında deyilir: “Söhbət zamanı Rusiyanın Ukrayna sərhədləri boyunca hərbçi toplaması, Ukrayna ilə ABŞ-ın Rusiyanı diplomatiyanı davam etdirməyə, təhlükəsizlik və sabitliyi təmin eləməyə təşviq eləmək üçün atdığı addımlar müzakirə edilib”.
Blinkenin rusiyalı həmkarı Sergey Lavrov ilə söhbətindən də bəhs elədiyi xəbər verilir.
Açıqlamada Blinkenin ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü sarsılmaz şəkildə dəstəklədiyi qeyd edilir, gərginliyi artıracağı təqdirdə, Rusiyaya qarşı sərt tədbirlər görüləcəyi bildirilir.
Hürr Tərcüman