📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ xüsusi təyinatlıları YPG/PKK qüvvələrinə təlim keçirlər

2021-12-03 15:06:00

ABŞ xüsusi təyinatlıları YPG/PKK qüvvələrinə təlim keçirlər

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, 1 dekabr tarixindən etibarən ABŞ xüsusi təyinatlıları Suriyanın işğal altında olan torpaqlarında – şimal-şərqdə yerləşən Haseke rayonunda yüzlərlə YPG/PKK terrorçusuna silahlı təlim keçməyə başlayıblar. Yerli mənbələrdən əldə edilən məlumata görə, ABŞ xususi təyinatlıları Fərat çayının şərqində YPG/PKK terror təşkilatının üzvlərinə təlim vermək məqsədi ilə 28 noyabr tarixində 70 nəfər hərbçisini İraq ərazisindən Hasekeyə keçirib. Amerikalı hərbçilər Hasekenin şimal-şərqində, ABŞ-ın hava bazasının yerləşdiyi Rümeylan məntəqəsində yerləşdirilblər. Təlimlərin bir ay davam edəcəyi planlaşdırılır. Terrorçulara yüngül,orta və ağır silahlardan istifadə, kəndlərə basqın və sərhədlərdən keçmək yolları proqram şəklində öyrədiləcək.

Təlimlərdən sonra terrorçulardan bir qisminin Hasekedəki Şəddadi rayonuna və Deyrəzordakı Ömər neft yatağına göndəriləcəyi, qalanların isə Rümeylanda qalacağı deyilir.

İŞİD terror təşkilatına qarşı yaradılmış koalisiyanın üzvlərindən olan ABŞ ilə Fransa bundan əvvəl də Fərat çayının şərqində yerləşən Haseke və Deyrəzor torpaqlarında YPG/PKK terrorçularına müxtəlif hərbi təlimlər keçiblər.

ABŞ ilə rəhbərlik elədiyi koalisiya qüvvələri 2015-ci ildən bəri minlərlə YPG/PKK terrorçusu yetişdiriblər.

 

Hürr Tərcüman