📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ, Yaponiya, Koreya hərbçiləri birləşdilər

2023-04-17 09:43:00

ABŞ, Yaponiya, Koreya hərbçiləri birləşdilər

Hurriyyet.az xəbər verir ki, Cənubi Koreyanın Hərbi Dəniz Qüvvələrinin təmsilçisi ölkəsinin ABŞ və Yaponiyanın hərbçiləri ilə birlikdə üçtərəfli təlimlərə başladığını bildirib. Bu barədə xəbəri “Yonhap” agentliyi yayıb.

Açıqlamada deyilir: “Bu manevrlər KXDR-in raket və nüvə təhdidləri fonunda təhlükəsizlik sahəsində üç dövlət arasındakı əməkdaşlığı möhkəmləndirmək, həmçinin, Amerika, Cənubi Koreya və Yaponiya HDQ-nin ballistik raket atışlarına reaksiya vərdişlərini qazanmaq imkanıdır”.

Təlimlərdə üç ölkənin gəmiləri iştirak edir.

Hürr Tərcüman